12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
İran Rusiyaya ballistik raketlər və dronlar verməyə razı olub
Tarix: 19-10-2022 02:35 | Bölmə: Dünya

                      İran Rusiyaya ballistik raketlər və dronlar verməyə razı olub



İran Rusiyaya “yer-yer” raketləri və əlavə pilotsuz təyyarələr verməyə razılaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki yüksək vəzifəli İran rəsmisi və iki iranlı diplomata istinadən məlumat yayıb.
Bildirilir ki, İran və Rusiya arasında saziş oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərin Moskvaya səfəri zamanı imzalanıb.
İranlı diplomatlardan biri səfərlə bağlı belə məlumat verib: "Ruslar daha çox pilotsuz təyyarələr və təkmilləşdirilmiş dəqiqliyə malik İran ballistik raketləri, xüsusən də “Fateh” və “Zülfüqar” raket ailələri tələb edir".
Qərb rəsmilərindən biri bunu təsdiqləyərək bildirib ki, İran və Rusiya qısa mənzilli “yer-yer” ballistik raketlərinin, konkret olaraq “Zülfüqar”ın tədarükü ilə bağlı razılığa gəliblər.
Eyni zamanda, iranlı diplomat agentliyə verdiyi açıqlamada Qərb rəsmilərinin İranın Rusiyaya silah tədarükünün BMT Təhlükəsizlik Şurasının 2015-ci il qətnaməsini pozması ilə bağlı iddialarını təkzib edib.
"Dronların harada istifadə olunması satıcı üçün sual deyil. Biz Qərb kimi Ukrayna böhranında tərəf tutmuruq. Biz böhranı diplomatiya yolu ilə həll etmək istəyirik", - diplomat bildirib.


Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər