Bütün xəbərlər
Protokol qaydalarını pozan Kral tənqid edildi
Tarix: 13-10-2022 21:10 | Bölmə: Dünya

                   Protokol qaydalarını pozan Kral tənqid edildi



Böyük Britaniya kralı III Çarlz Baş nazir Liz Trass ilə Bukinqem sarayında ilk ftəlik auditoriya iclasını keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kralın Baş nazir ilə dialoqu ictimaiyyət tərəfindən yaxşı qarşılanmayıb.
Belə ki, Trass monarxı “Əlahəzrət, sizi yenidən görməkdən çox şadam” deyə salamlayıb. “Yenə burada? Aman Allahım, Allahım” deyə III Çarlz cavab verib.
Dialoq tviterdə də diqqət çəkib.
“Kral Çarlzın ilk Baş nazirini kamera qarşısında ələ salması pis səhv idi. II Elizabet 70 ildir ki, bu şəkildə protokolu pozmayıb”, – siyasi şərhçi Patrik O Flinn sosial şəbəkədə yazıb.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər