Bütün xəbərlər
“Aİ və ABŞ İrəvanla Bakı arasındakı nizamlanmaya müdaxilə etməyə çalışır” - Uşakov
Tarix: 12-10-2022 19:24 | Bölmə: Dünya

                     “Aİ və ABŞ İrəvanla Bakı arasındakı nizamlanmaya müdaxilə etməyə çalışır”



“Avropa İttifaqı və ABŞ İrəvanla Bakı arasındakı nizamlanmaya müdaxilə etməyə çalışır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O, Azərbaycanla Ermənistan arasında münasibətlərin sabitləşməsinin əsasını Rusiya Prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil etdiyini bildirib.
“Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə fundamental razılaşmalar əldə olunub”, - Uşakov qeyd edib.



Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər