14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Əs-Sisinin qərarına “yox” deyilmədi
Tarix: 14-01-2019 00:07 | Bölmə: Dünya



Misir parlamenti prezident Əbdül Fəttah Əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılması barədə qərarını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, Misirdə fövqəladə vəziyyət rejimi ardıcıl altıncı dəfə uzadılır.
Xatırladaq ki, 2017-ci ilin aprel ayında Tanta və İskəndəriyyə şəhərlərində kilsələrdə terror aktları törədilib. Bu hadisələr nəticəsində 40-dan çox adam qətlə yetirilib, yüzdən çox adam yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürmüşdü.
Bu hadisələrdən sonra Misirdə fövqəladə vəziyyət elan edilib.



Baxış sayı: 605


Bölməyə aid digər xəbərlər