Bütün xəbərlər
Rusiyalı hərbçilər Zaporojye AES-in direktorunu saxlayıb
Tarix: 01-10-2022 22:16 | Bölmə: Dünya

                      Rusiyalı hərbçilər Zaporojye AES-in direktorunu saxlayıb



“Rusiyalı hərbçilər Zaporojye Atom Elektrik Stansiyasının baş direktoru İqor Muraşovu saxlayıb və onu naməlum istiqamətdə aparıblar”.
“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Energoatom” şirkətinin rəhbəri Petr Kotin verib. 
Hadisənin sentyabrın 30-u baş verdiyi bildirilir. 
Onun sözlərinə görə, Muraşov stansiyadan Enerqodar şəhərinə gedərkən yolda onu rusiyalı hərbçilər saxlayıb: “Muraşovun gözlərini bağlayıb naməlum istiqamətdə aparıblar”.
Hələlik onun taleyi barədə digər detallar məlum deyil.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər