Bütün xəbərlər
“Qərb Ukraynada qan tökülməsinə görə məsuliyyət daşımalıdır”
Tarix: 25-09-2022 18:28 | Bölmə: Dünya

        “Qərb Ukraynada qan tökülməsinə görə məsuliyyət daşımalıdır”


“Ukraynada tökülən qana görə məsuliyyəti Qərb dövlətləri daşımalıdır”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey deyib.
Nazir Makei Rusiya-Ukrayna müharibəsinin əsas səbəbinin Soyuq müharibənin bitməsindən 30 il əvvələ təsadüf etdiyinə diqqət çəkib.
Makei çıxışında NATO üzvü olan bir dövlət təhlükə hiss etdikdə alyansın bütün üzvlərinin eyni hisslə hərəkət edib, eyni reaksiyanı verməsini tələb edən “təhlükəsizliyin bölünməzliyi” prinsipini xatırladıb.
Qərb ölkələrinin NATO-nun genişləndirilməsi istiqamətində prinsipi pozduğunu vurğulayan Makei, “NATO və Qərb ölkələri şərqə doğru genişlənmə axtarışında həm Rusiya, həm də Belarusun qanuni təhlükəsizlik maraqlarına məhəl qoymadılar” deyib.



Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər