Bütün xəbərlər
Putin və Ərdoğan arasında görüş başa çatdı - Yenilənib
Tarix: 16-09-2022 22:22 | Bölmə: Dünya

                    Putin və Ərdoğan arasında görüş başa çatdı



Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.
"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mətbuat üçün qapalı keçən görüş 40 dəqiqə baş tutub.
Görüşdən sonra hər iki lider Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində  ölkə başçılarının şərəfinə təşkil olunan ziyafətdə iştirak ediblər.
***
Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin Səmərqənddə görüşü başlayıb.
"Qafqazinfo" Türkiyə Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci görüşü Özbəkistanın Səmərqənd şəhərində keçirilir.







Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər