Bütün xəbərlər
Səudiyyə Ərəbistanında 15 yaşınadək evlənmək qadağan olunacaq
Tarix: 09-01-2019 23:00 | Bölmə: Dünya

                     


Səudiyyə Ərəbistanının məşvərət məclisi olan Məclis əş-Şura 15 yaşına çatmamış yeniyetmələrin nikaha girməsinin qadağan olunması ilə bağlı tələb irəli sürüb.
“Report” xəbər verir ki, Şuranın “Twitter”dəki səhifəsində bu barədə məlumat verilib.
“İstər qız olsun, istərsə də oğlan, 15 yaşına çatmamış şəxslərlə nikah bağlamaq qadağan olunmalıdır”, - məlumatda qeyd olunub.
Bununla yanaşı, qurum 18 yaşına çatmamış yeniyetmələrin nikah məsələlərini ixtisaslı məhkəmələrə həvalə olunmasına razılıq verib.


Baxış sayı: 503


Bölməyə aid digər xəbərlər