Bütün xəbərlər
Türkiyədə ilk 8 təkərli hərbi zirehli avtomobil istehsal olunub (FOTO)
Tarix: 09-01-2019 22:54 | Bölmə: Dünya

   


Türkiyənin Mersin vilayətində "Derman" adlı yerli istehsallı ilk 8 təkərli hərbi zirehli yük nəqliyyat vasitəsinin nümunəsi hazırlanıb.
Trend-in məlumatına görə, hərbi zirehli yük avtomobilinin ilk nümunəsinin hazırlanmasına 2016-cı ildə başlanılıb.
Hərbi nəqliyyat vasitəsinin istehsalı prosesində 40-a yaxın türk mühəndis iştirak edib.
Sınaqdan sonra "Derman"ın silsilə istehsalı təşkil ediləcək və Türkiyə ordusunun silahlanmasına daxil ediləcək.







Baxış sayı: 563


Bölməyə aid digər xəbərlər