Bütün xəbərlər
Kral Çarlz: “Anamın ölümü bütün dünyada dərindən hiss olunacaq”
Tarix: 08-09-2022 23:43 | Bölmə: Dünya

Kral Çarlz: “Anamın ölümü bütün dünyada dərindən hiss olunacaq”



Anamın ölümü bütün dünyada dərindən hiss olunacaq.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Kral Çarlz anası Kraliça II Elizavetin ölümündən sonra verdiyi açıqlamada deyib.
“Sevimli anam Ülyahəzrət Kraliçanın vəfatı mənim və ailəmin bütün üzvləri üçün ən böyük kədər anıdır. Bilirəm ki, onun itkisi bütün ölkədə, səltənətlərdə və bütün dünyada saysız-hesabsız insanlar tərəfindən dərindən hiss olunacaq.
Bu matəm və dəyişiklik dövründə, ailəm və mən Kraliçanın insanların bu qədər geniş şəkildə nümayiş etdirdiyi hörmət və dərin məhəbbətini bilməklə təsəlli tapacağıq”,-deyə o, bildirib.
Qeyd edək ki, Kraliçanın ölümündən sonra Şahzadə Çarlz dərhal yeni monarx olub.
Qarşıdakı günlərdə nələrin baş verəcəyi ilə bağlı heç bir rəsmi təfərrüat açıqlanmır.
Hazırda Milli matəm dövrü başlayıb və bu Kraliçanın ölümündən 10 gün sonra baş tutması gözlənilən dəfn mərasiminə qədər davam edəcək.
Kraliçanın nəşi Bukinqem Sarayına aparılacaq və ehtimal ki, beş gün orada qalacaq.



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər