Bütün xəbərlər
Lavrov və Mirzoyan İrəvanla Bakı arasında sülh müqaviləsini müzakirə ediblər
Tarix: 05-09-2022 23:35 | Bölmə: Dünya

Lavrov və Mirzoyan İrəvanla Bakı arasında sülh müqaviləsini müzakirə ediblər



Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında münasibətlərin nizama salınmasını müzakirə edib.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəliyi bir daha təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması,istiqamətində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”,-deyə məlumatda bildirilib.



Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər