Bütün xəbərlər
Məşhur ABŞ telekanalının rəhbəri istefa verdi
Tarix: 07-01-2019 21:10 | Bölmə: Dünya



ABŞ-ın “CBS News” telekanalının prezidenti Devid Rods tutduğu postdan istefa verəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
Onun sözlərinə görə, telekanalın “yüyənini” hazırda baş icraçı prodüser işləyən Süzen Zirinskiyə ötürmək niyyətindədir.
O, martın 1-dən telekanalın baş müşaviri vəzifəsini icra edəcəyini açıqlayıb.
Zirinski prezident təyin olunacağı təqdirdə, ABŞ-ın aparıcı xəbər kanalının tarixinə ilk qadın kimi düşəcək.


Baxış sayı: 573


Bölməyə aid digər xəbərlər