Bütün xəbərlər
“Əl-Qaidə” lideri öldürüldü - Rəsmi
Tarix: 02-08-2022 11:45 | Bölmə: Dünya

                      “Əl-Qaidə” lideri öldürüldü



“Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bunu açıqlamasında ABŞ Prezidenti Co Bayden təsdiqləyib.
Adının çəkilməsini istəməyən Bayden administrasiyasının yüksək rütbəli rəsmisi isə ABŞ kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yerinin bu ilin əvvəlində müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı müəyyən edilib.
“Əl-Zəvahirinin ailə üzvləri zərbə zamanı evin digər hissələrində olub və məqsədli şəkildə hədəfə alınmayıb və silahsız olublar. Bu zərbədə mülki əhalinin zərər çəkdiyinə dair heç bir əlamətimiz yoxdur”, - deyə rəsmi əlavə edib.
Qeyd edək ki, 71 yaşlı Ayman Əl-Zəvahiri ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı olaraq bilinirdi. O, Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.


Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər