Bütün xəbərlər
Afinada iki məhbus həbsxanadan qaçıb
Tarix: 02-01-2019 23:49 | Bölmə: Dünya

                          

Afinanın Koridallos həbsxanasından iki məhbus qaçıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Ədliyyə Nazirliyi məlumat yayıb.
"Yanvarın 2-si səhər Koridallos istintaq təcridxanasından iki məhbusun qaçışı baş verib, yunan polisi onların axtarışı ilə məşğuldur", - deyə məlumatda bildirilir.
Məlumata görə, həbsxanadan qaçanlar alban əsilli iki qardaşdır. Onlar yaşlı insanlara qarşı silsilə qarət əməllərinə görə həbs olunublar. Qardaşlar əvvəlcə qaldıqları otağın dəmir qəfəsini mişarla kəsiblər, daha sonra həbsxananın daxili həyətinə çıxmağa, oradan isə çanta hissələrindən hazırlanmış kəndirə qarmaq taxaraq hasarı aşmağa müvəffəq olublar.
Daha əvvəl Fransada məhbus kəndir nərdivanla həbsxanadan qaçıb.


Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər