14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
BMT BA Qara və Azov dənizlərinin bölgələrinin hərbiləşdirilməsi problemi barədə qətnamə qəbul edib
Tarix: 18-12-2018 03:05 | Bölmə: Dünya

                          

BMT Baş Assambleyası "Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərinin, Qara və Azov dənizlərinin bölgələrinin hərbiləşdirilməsi problemi" barədə qətnamə qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, 66 ölkə sənədin lehinə səs verib.
Bildirilir ki, 72 ölkə qətnaməyə bitərəf qalıb, daha 19 ölkə isə onu dəstəkləməyib.
Qətnamə Ukrayna başda olmaqla 40 dövlətdən ibarət qrup tərəfindən irəli sürülüb.
Sənəddə Rusiyanın Krıma qoşun və silah göndərməsi ilə Ukrayna, Qara dəniz regionu və bütün Avropa üçün təhlükə yaratdığı qeyd olunur. İlk dəfə olaraq Rusiyaya qoşunlarını dərhal Krımdan çıxartmaq və onun müvəqqəti işğalına yubandırmadan son qoymaq çağırışı edilib.



Baxış sayı: 660


Bölməyə aid digər xəbərlər