22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Ukrayna üçün müharibə nə zaman bitəcək? - Zelenski açıqladı
Tarix: 12-05-2022 02:28 | Bölmə: Dünya

                    Ukrayna üçün müharibə nə zaman bitəcək?


“Ukrayna xalqı üçün Rusiya ilə müharibə yalnız özümüzə məxsus olan hər şeyi geri alanda bitəcək. Ukrayna öz torpağına sülhü qaytarmağa çalışır və bizə əlavə heç nə lazım deyil”.
“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın aparıcı universitetlərinin tələbələri qarşısında onlayn çıxışı zamanı deyib.
"Müharibə Ukrayna xalqı üçün yalnız özümüzə məxsus olanı qaytaranda bitəcək.Bu, həqiqətdir. Açığını deyirəm: bizə başqa heç nə lazım deyil... Biz öz dövlətimizə, torpağımıza sülh qaytarmaq istəyirik. Rusiya bizim bütün hüquqlarımızı işğal etdi: torpağa olan hüququmuzu, seçim və nəhayət yaşamaq hüququmuzu”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, indi Ukrayna yaşamaq hüququ uğrunda mübarizə aparır və eyni zamanda ən yaxşı ukraynalıları itirir. Dövlət başçısı izah edib ki, Rusiya ilə səmərəli danışıqlar o zaman mümkündür ki, Rusiya öz qərarlarının fəlakətli xarakterini tanısın və törətdiyi cinayətlərə görə ədalətli cəzanı çəkməyə hazır olsun.


Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər