Bütün xəbərlər
PKK-çı qadın İmamoğlunun ofisində tapıldı - İstanbulda şok əməliyyat
Tarix: 29-04-2022 23:02 | Bölmə: Dünya

            


İstanbul Böyük Şəhər Bələdiyyəsinin sosial xidmətində işləyən Şəfəq D. adlı qadının 2016-cı ildə Şırnak vilayətində PKK/KCK terror təşkilatı üzvlərindən əldə edilmiş sənədlərin arasından əlində silahla çəkilmiş fotosu tapılıb.
Kanal.az xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin əldə etdiyi dəlillər əsasında həmin şəxsin PKK terror təşkilatı ilə əlaqəsinin olduğu müəyyən edilib.
Məlumata görə, təşkilat üzvü bu gün səhər saatlarında İstanbul Böyük Şəhər Bələdiyyəsinin binasında saxlanılıb. Şəfəq D. ilə bağlı istintaqın davam etdiyi bildirilib.



Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Böyük Şəhər Bələdiyyəsinin yüzlərlə əməkdaşının terror təşkilatlarına bağlılığı və ya əlaqəsinin olduğuna dair bildirişlər və təsbitlər əsasında xüsusi yoxlamaya başlanıldığını açıqlayıb.



İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu baş verənlərə görə daxili işlər naziri Süleyman Soyluya etiraz edib.



Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər