Bütün xəbərlər
Hindistanda fillər üçün qocalar evi açıldı
Tarix: 26-11-2018 00:37 | Bölmə: Dünya

Hindistanda fillər üçün qocalar evi fəaliyyətə başlayıb. 

Oxu.Az “Reuters”ə istinadla xəbər verir ki, bu müəssisə eyni zamanda həm xəstəxana, həm də sanatoriyadır. Mathur şəhərində bunun üçün 1,1 min kvadrat metr sahə ayrılıb.
Xəstə fillər naqilsiz avadanlıqla müalicə olunacaq, mütəxəssislər rentgen müayinəsi zamanı heç bir problemlə üzləşməyəcəklər.
Artıq fillərin qocalar evi turistlərin sevimli məkanına çevrilib. 
Qeyd edək ki, Hindistanda fil dini rəmz hesab edilir.


Baxış sayı: 694


Bölməyə aid digər xəbərlər