Bütün xəbərlər
Tramp: Xaşkacinin ölümündə bütün dünya günahkardır
Tarix: 23-11-2018 02:40 | Bölmə: Dünya

                  

ABŞ Prezidenti Donald Tramp bu dəfə də Səudiyyə Ərəbistanının tərəfini saxlayıb. Trend-in məlumatına görə, Tramp jurnalist Camal Xaşkacinin ölümündə bütün dünyanı günahlandırmağı təklif edib.
Jurnalistlərin "Kim günahkardır?" sualına Tramp belə cavab verib: "Ola bilər dünya".
Trampın sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salman ondan daha çox jurnalistin ölümünə təəssüf edib.
Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.


Baxış sayı: 629


Bölməyə aid digər xəbərlər