Bütün xəbərlər
BMT-nin xüsusi nümayəndəsi cinsi istismar ittihamı ilə işdən qovuldu
Tarix: 28-01-2022 01:27 | Bölmə: Dünya

                 BMT-nin xüsusi nümayəndəsi cinsi istismar ittihamı ilə işdən qovuldu


Birləşmiş Millətlər Təşkilatının (BMT) Texnologiyalar üzrə xüsusi nümayəndəsi Fabrizio Hoşçayld barəsindəki vəzifə səlahiyyətlərindən sui-istifadə və cinsi istismar iddialarından sonra qovulub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi nümayəndə barədə sözügedən iddialar ötən ilin yanvarında ortaya çıxıb.
Çilili diplomat araşdırmaların tamamlanmasından sonra vəzifəsindən azad olunub.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlamasında artıq Hoçşayldın artıq BMT-də işləmədiyini bildirib.
Hoşçayld Tvitter hesabında haqqındakı cinsi sitismar iddialarını rədd edib. “Vəzifəmi şövqlə yerinə yetirməyim bəzilərinin məni zorakı və tələbkar bir idarəçi olaraq görməsinə səbəb olub. Ədalətli bir istintaq aparılmadı. BMT-dən asılı olmayan, müstəqil araşdırma tələb etməyi düşünürəm”, - o qeyd edib.



Baxış sayı: 287


Bölməyə aid digər xəbərlər