12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Danimarka İranın casuslarının fəaliyyətinə görə Tehrandakı səfirini geri çağırır
Tarix: 30-10-2018 23:32 | Bölmə: Dünya

                                  

Danimarka İranın xüsusi xidmət orqanlarının bu ölkədəki fəaliyyətinə görə Tehrandakı səfirini geri çağırır.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Agentlik qeyd edib ki, Danimarka Avropa İttifaqında İrana qarşı yeni sanksiyaların tətbiqinə nail olmağa çalışacaq. Bu, iranın xüsusi xidmət orqanlarının ölkədə ehtimal edilən hücumu ilə bağlıdır.
KİV-in məlumatına görə, İran əsilli Norveç vətəndaşı oktyabrın 21-də İsveçin Höteborq şəhərində həbs edilib. O, qətl hadisəsinin təşkil edilməsində ittiham olunur.
Ehtimal olunur ki, həmin şəxs İranın Huzistan vilayətində müstəqil ərəb dövlətinin yaradılmasını dəstəkləyən ərəb hərəkatının Danimarka bölməsinin liderini öldürməli idi. 



Baxış sayı: 705


Bölməyə aid digər xəbərlər