22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Hindistanda zəvvarları daşıyan furqon dərəyə düşüb: ölən və yaralanan var
Tarix: 06-10-2018 01:03 | Bölmə: Dünya

                       

Hindistanda zəvvarları daşıyan furqon 150 metr dərinliyi olan dərəyə düşüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər ölüb, ən azı 5 nəfər ciddi xəsarətlər alıb. Qəza Uttarkaşi şəhərində baş verib. Zəvvarlar Himalay dağlarında yerləşən Qanqotri məbədindən geri qayıdırdılar.
Hadisə zamanı avtomobil salonunda 13 nəfər olub. Ölənlər arasında 8 sərnişin və sürücüdür.
Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Hadisənin təfərrüatları araşdırılır.


Baxış sayı: 582


Bölməyə aid digər xəbərlər