Bütün xəbərlər
“Nə Türkiyə, nə Qətər bunu təkbaşına həll edə biləcək”
Tarix: 03-09-2021 09:16 | Bölmə: Dünya

                    “Nə Türkiyə, nə Qətər bunu təkbaşına həll edə biləcək”


Kabil aeroportu birinci mərhələdə hərbi aviasiya vasitəsilə təxliyyə üçün açıla bilər, daha sonra isə müntəzəm hava əlaqəsinin bərpası məsələsinin müzakirəsi mümkündür.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu niderlandlı həmkarı Siqrid Kaaq ilə birgə mətbuat konfransında bildirib.
“Türkiyə “Taliban”a Kabil aeroportunun hərtərəfli təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini diqqətə çatdırdı. Beynəlxalq ictimaiyyətin etimadını doğuran addımlar lazımdır”, - Çavuşoğlu vurğulayıb.
Türkiyəli nazirin sözlərinə görə, Kabil aeroportu məsələsində əsas məqam təhlükəsizliyin tam təmin olunmasıdır. “Nə Türkiyə, nə Qətər bu məsələni təkbaşına həll edə biləcək”, - deyə Çavuşoğlu qeyd edib.
Türkiyə diplomatiyasının rəhbəri özəl şirkətlərin Əfqanıstan paytaxtının beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsi prosesinə cəlb edilməsinin mümkünlüyünü istisna etməyib.
“Ankara hər hansı bir ölkə tərəfindən Kabildən təxliyyə edilmiş əfqanları da müvəqqəti qəbul etməyi planlaşdırmır. Biz əvvəldən belə bir təklifin qəbul edilməsi ehtimalını rədd etmişik”, - nazir deyib.






Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər