Bütün xəbərlər
İranda zəlzələ qurbanlarının sayı durmadan artır - 530 nəfər
Tarix: 14-11-2017 22:18 | Bölmə: Dünya
Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində ölənlərin sayı artmaqda davam edir.
Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində ən azı 530 nəfər ölüb, təqribən 7500 nəfər xəsarət alıb.
Bundan əvvəl 445 nəfərin həlak olduğu bildirilirdi.
Qeyd edək ki, 7,4 ballıq zəlzələ nəticəsində İranda 12 min ev dağılıb.


Baxış sayı: 1 035


Bölməyə aid digər xəbərlər