Bütün xəbərlər
Məşhur amerikalı aktyor Rusiyada qubernator olmaq istəyir
Tarix: 26-09-2018 12:38 | Bölmə: Dünya

Amerikalı aktyor, kinoprodüser, döyüş ustası, Rusiya Xarici İşlər Nazirliyinin RF-ABŞ humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal Primorsk diyarının qubernatoru olmaq istədiyini bəyan edib.
Trend-in məlumatına görə, Vladivostokda jurnalistlərin müvafiq sualına cavab verən S.Siqal bildirib: "Məmnuniyyətlə. Mən Rusiya Prezidenti Vladimir Putinin maraqlarını təmsil edirəm".
2016-cı ildə Rusiya vətəndaşlığı alan aktyor ata tərəfdən ulu babalarının buradan olduğunu deyib:
"Mən hər dəfə Primorsk diyarını tanımaq, daha çox şey görmək və sizin qubernatorunuz olmaq istərdim".


Baxış sayı: 711


Bölməyə aid digər xəbərlər