Bütün xəbərlər
“Real”da Ronaldodan sonra 7 nömrəli formanı geyinəcək futbolçunun adı məlum olub
Tarix: 01-09-2018 10:04 | Bölmə: Dünya

İspaniyanın "Real" klubunda Ronaldodan sonra 7 nömrəli formanı Fransanın “Lion” komandasından transfer edilən Mariano Dias geyinəcək.
Trend-in məlumatına görə, daha əvvəllər kral klubunda 7 nömrəli formanı Kops, Amansio, Xuanito, Butragenyo və Raul geyinib.
25 yaşlı dominikanlı futbolçu “Real”ın yetişdirməsidir.
Xatırladaq ki, Mariano ötən mövsüm “Lion”da 37 oyuna 18 qol vurub və 5 məhsuldar ötürmə verib.


Baxış sayı: 725


Bölməyə aid digər xəbərlər