Bütün xəbərlər
Ukraynadan Rusiyaya nüvə silahı ittihamı
Tarix: 14-04-2021 23:51 | Bölmə: Dünya

                  Ukraynadan Rusiyaya nüvə silahı ittihamı


Ukraynanın müdafiə naziri Andrey Taran Avropa Parlamentində çıxışı zamanı Rusiyanın Krımda nüvə silahı yerləşdirmək niyyətində olduğunu deyib.
“Qafqazinfo” “RİA Novbosti”yə istinadən xəbər verir ki, Taran bunu sübut edəcək dəlillər ortaya qoya bilməsə də, iddialarını belə səsləndirib:
“Krımın infrastrukturu potensial nüvə silahlarının yerləşdirilməsi üçün hazırlanır... Yarımadada nüvə silahlarının olması hərbi-siyasi və hüquqi xarakterli problemlər yaradacaq. Rusiya Ukraynanın milli təhlükəsizliyinə də təhlükə yaradır”.
Taran Ukraynaya göstərdikləri dəstəyə görə Avropa dövlətlərinə təşəkkürünü bildirib. O, ölkəsinin Rusiya sərhədçilərinin Ukrayna sərhədləri yaxınlığındakı hərəkətliliyindən narahatlığını da vurğulayıb.


Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər