12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Dəfn şirkəti İngiltərə klubunun sponsoru olub
Tarix: 27-08-2018 11:01 | Bölmə: Dünya

                                  

İngiltərə Çempionşipində çıxış edən "Brentford" klubu "G Saville and Son Ltd" dəfn agentliyi ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. 
"Report"un klubun "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, ritual şirkəti komandaya sponsorluq edəcək. Firmanın sahibi və meneceri Qrem Sevill "Brentford"un azarkeşidir. Kontoru 1875-ci ildə onun ulu babası təsis edib. Qrem və onun həyat yoldaşı Syu klubun idarə heyətinə keçiblər və dəfn direktorları olublar. 
Qeyd edək ki, hazırda İspaniyanın "Real Madrid" və İngiltərənin V Liqasında çıxış edən "Barnet" klubları da tematik dəfn xidmətləri göstərir. Almaniya "Şalke"sinin "Feltins Arena"nın yaxınlığında qəbiristanlığı var. Orada komandanın azarkeşləri dəfn olunub. 



Baxış sayı: 657


Bölməyə aid digər xəbərlər