22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Şəhriyar Məmmədyarov yenidən heç-heçə etdi
Tarix: 27-08-2018 09:23 | Bölmə: Dünya

                         

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Norveç təmsilçisi Maqnus Karlsenlə Sinkfild Kuboku çərçivəsində keçirilən oyunda heç-heçə edib.
Trend-in məlumatına görə, nəticə turnirin 8-ci turunda qeydə alınıb. Turnir ABŞ-ın Sent-Luis şəhərində keçirilir.
Turnirin digər qarşılaşmaları da heç-heçə bitib. 8 turdan sonra lider Fabiano Karuanadır (5 xal). 2-ci, 3-cü, 4-cü və 5-ci yerlərdə Şəhriyar Məmmədyarov, Aleksandr Qrişyuk, Levon Aronyan və Maqnus Karlsen (4,5 xal) qərarlaşıblar.
Turnirin sonuncu 9-cu turu avqustun 27-də keçiriləcək. Təmsilçimiz hindistanlı Vişvanatan Anandla görüşəcək.
Qeyd edək ki, Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq.


Baxış sayı: 581


Bölməyə aid digər xəbərlər