22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Türkiyəyə fəhləliyə gedən azərbaycanlı quduzluqdan öldü - FOTO
Tarix: 21-08-2018 11:10 | Bölmə: Dünya

                             

Azərbaycandan Türkiyəyə pomidor tarlasında mövsümi işçi olaraq işləməyə gedən 42 yaşlı rauf Əhmədov quduzluqdan ölüb.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı bir neçə gündür saxlanıldığı Balıkesir xəstəxanasında həyatını itirib. Onu Türkiyəyə getməzdən əvvəl Azərbaycanda it dişlədiyi məlum olub.
Xəbərə görə 2 uşaq atası Rauf Əhmədov təxminən 3 ay əvvəl Azərbaycandan türkiyənin Çanakkala bölgəsinə, Bayramiç qəsəbəsinə qohumlarının yanına gedib və orada pomidor tarlalarında mövsümi işçi kimi çalışmağa başlayıb. Avqustun 12-də o, baş ağrısı və qollarında uyuşma səbəbindən Bayramiç Dövlət Xəstəxanasının təcili yardım xidmətinə müraciət edib. Orada müayinə zamanı ağrıları daha da artan Rauf Əhmədovu Çanakkala Mehmet Akif Ersoy Dövlət Xəstəxanasına aparıblar.


Baxış sayı: 646


Bölməyə aid digər xəbərlər