Bütün xəbərlər
Qırğızıstanın sabiq Baş naziri saxlanıldı
Tarix: 26-01-2021 23:47 | Bölmə: Dünya

                  Qırğızıstanın sabiq Baş naziri saxlanıldı

Qırğızıstanın sabiq Baş naziri Muhammedkalıy Abılqaziyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
“Qafqazinfo” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, Abılqaziyev qanunsuz varlanmaqda şübhəli bilinir. Bu gün dindirilən keçmiş Baş nazirə qarşı cinayət işi açılıb. Onun adı Kumotr qızıl yatağı ilə bağlı işdə də hallandırılır.
Cinayət işinin təfərrüatları barədə əlavə məlumat verilməyib.


Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər