Bütün xəbərlər
Putin 12 il sonra Davosda çıxış edəcək
Tarix: 25-01-2021 21:05 | Bölmə: Dünya

                   Putin 12 il sonra Davosda çıxış edəcək


Rusiya Prezidenti Vladimir Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putinin çıxışı açıq formada olacaq. Müzakirələrə gəlincə, onlar adətən qapalı rejimdə keçirilir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Vladimir Putin sonuncu dəfə Davos Dünya İqtisadi Forumunda 2009-cu ildə çıxış edib.


Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər