12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“İçəri girəndə gördüm ki, Tramp məxfi sənədi yeyir...”
Tarix: 12-08-2018 13:15 | Bölmə: Dünya
                                           

ABŞ prezidenti Donald Tramp Ağ evdə, Oval ofisdə mühüm məxfi informasiyanın yer aldığı qeyd kağızını yeyib. Virtualaz.org xəbər verir ki, Ağ evin ictimai təşkilatlar və əhali ilə əlaqələr üzrə idarəsinin keçmiş kommunikasiyalar direktoru Omarosa Maniqolt-Nyuman bunun şəxsən şahidi olub. Keçmiş Ağ ev məmuru həmin epizoda özünün yeni çapdan çıxan kitabında yer verib. Kitabdan seçmələri “The Washington Post” qəzeti yer verib.
Maniqolt-Nyuman bildirir ki, 2017-ci ilin əvvəllərində Oval ofisə daxil olanda Trampın kağız parçalarını çeynədiyini görüb. “Tramp həmişə hermofob olub. Mən onun kağızı necə çeynəyib udduğunu görəndə şoka düşdüm. Həmin kağızda çox güman ki, çox, çox həssas informasiya var idi”-keçmiş məmur kitabda yazır.
                                          
Qəzet yazır ki, kitabda Tramp özünəvurğun və rasist biri kimi təsvir edilir. Lakin Ağ evin mətbuat katibi Sara Sanders kitabda yazılanları “yalan və uydurma” adlandırıb.
Lakin 2018-ci ilin iyun ayının əvvəllərində “Politico” qəzeti Ağ ev dəftərxanasının keçmiş əməkdaşlarına istinadən yazmışdı ki, Tramp rəsmi sənədləri xırda hissələrə cırmağı xoşlayır. Sonradan bu sənədləri Ağ evin əməkdaşları skotçla yapışdırıb bərpa etməli olurlar. Çünki sənədlər arxivdə saxlanılmalıdır. “Hərdən kağızı ortadan iki cırır, hərdən isə elə xırda hissələrə bölür ki, konfetti kimi görünür”-mənbə bildirib.



Baxış sayı: 706


Bölməyə aid digər xəbərlər