22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Fransa yığmasının üzvü "Beşiktaş"ın futbolçusunun rekordunu yeniləyib
Tarix: 11-08-2018 15:34 | Bölmə: Dünya

                                             

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba "Beşiktaş"ın futbolçusu Rayan Babelin rekordunu yeniləyib. 
"Report" xəbər verir ki, Mançester təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin oynadığı son 11 oyunda meydanı qələbə ilə tərk edib. Bu nəticə daha əvvəl 2007-2011-ci illər aralığında "Liverpul"un formasını geyinən Rayan Babelə məxsus idi.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün açılış oyununda doğma meydanda "Lester Siti"ni 2:1 hesabı ilə məğlub edib. Komandanın heyətində ilk qolu Fransa yığmasının da şərəfini qoruyan Pol Poqba vurub. 


Baxış sayı: 609


Bölməyə aid digər xəbərlər