12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Vəzifəsinin icrasına Trampın qərarlarının ləğvi ilə başlayacaq
Tarix: 18-01-2021 11:29 | Bölmə: Dünya

                 Vəzifəsinin icrasına Trampın qərarlarının ləğvi ilə başlayacaq


ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden vəzifəsinin icrasına başladığı ilk gün hazırkı Prezident Donald Trampın bəzi qərarlarının ləğvini nəzərdə tutan imzalar atacaq.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra müsəlman ölkələrə viza qadağasının ləğvi və ABŞ-ın yenidən Paris İqlim Sazişinə qayıtması gözlənilir. Bunlarla bağlı Baydenin qərarnamələri imzalayacağı bildirilir.
Baydenin həmçinin, koronavirus pandemiyası və bunun iqtisadiyyata mənfi təsirləri ilə mübarizədə 1,9 milyon dollarlıq iqtisadi dəstək paketini Konqresdən keçirərək təsdiqləyəcəyi vurğulanıb.



Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər