12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Rus sülhməramlıların çox olması ilə bağlı Azərbaycandan şikayət gəlməyib”
Tarix: 15-01-2021 17:51 | Bölmə: Dünya

                    “Rus sülhməramlıların çox olması ilə bağlı Azərbaycandan şikayət gəlməyib”


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfəri sonrası ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, müsahibə zamanı Qarabağda Rusiya sülhməramlı əsgərlərinin sayının bəyanatda nəzərdə tutulandan daha çox olduğuna dair iddiaların olması ilə bağlı sualı Çavuşoğlu belə cavablandırıb.
“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ rusların Laçın dəhlizindən keçidlərə icazə verməsindəki roludur. Ancaq bunun üçün Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycanın ərazisidir. Sabah hər hansı bir status-kvo təyin olunsa belə, yenə də Azərbaycanın sərhədləri daxilində olacaqdır. Ona görə də bunları Azərbaycanın icazəsi olmadan etməməlidir. “Siz bir sülhməramlı olaraq varsınız, kimin gəlib- gedəcəyinə qərar vermək sizin məsuliyyətiniz deyil”,- deyə onlara bildirdik”.
Həmçinin Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizlə bağlı hər hansı problemin olub-olmadığına dair sualı cavablandıran Çavuşoğlu "Heç bir problem yoxdur. Bu, Moskvada keçirilən Rusiya-Azərbaycan-Ermənistan sammitində də təsdiqləndi",-deyə qeyd edib.



Baxış sayı: 685


Bölməyə aid digər xəbərlər