Bütün xəbərlər
"Paşinyanın niyə belə etdiyini anlaya bilmirdik" - Ambarsumyan
Tarix: 12-01-2021 14:50 | Bölmə: Dünya

                   "Paşinyanın niyə belə etdiyini anlaya bilmirdik"- Ambarsumyan



Ermənistanın son müharibə dövründə vəzifədə olmuş keçmiş Milli Təhlükəsizlik Xidməti (MTX) rəhbəri Mikael Ambarsumyan Paşinyan haqqında şok faktlar açıqlayıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, M.Ambarsumyan müharibə zamanı dəfələrlə Ermənistan tərəfinin ağır vəziyyəti və böyük itkiləri barədə baş nazirə məlumat verdiyini və müharibənin dayandırılmalı olduğu barədə məruzə etdiyini açıqlayıb. Nikol Paşinyan isə MTX rəhbərinin sözlərinə məhəl qoymayıb.
"Paşinyanın niyə belə etdiyini anlaya bilmirdik. Ona dəfələrlə uğursuzluqlar barədə məruzə etmişdim. Digər tərəfdən, xüsusi xidmət orqanları kimi strateji sahədə tez-tez yüksək vəzifələrdə kadr dəyişiklikləri qurumun işinə mənfi təsir edirdi.", - deyə Ambarsumyan söyləyib.
Sabiq MTX rəhbərin həmçinin 10 noyabr üçtərəfli bəyanatı haqqında öncədən məlumatı olmadığını söyləyib. Ambarsumyan bəyanatdan yalnız imzalanmadan sonra xəbər tutduğunu bildirib.


Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər