Bütün xəbərlər
Co Bayden ikinci dəfə peyvənd olundu
Tarix: 12-01-2021 01:53 | Bölmə: Dünya

   Co Bayden ikinci dəfə peyvənd olundu


Co Bayden

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden koronavirus əleyhinə “Pfizer” vaksininin ikinci dozasını alıb.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd edilir ki, Baydenə Nyuarkda, iqamətgahından on-on beş kilometr məsafədə yerləşən hospitalda iynə vurulub.
ABŞ-ın yeni prezidenti vaksinin ikinci dozasını bu gün yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə saat 22:35) alıb.
Xatırladaq ki, ABŞ-ın yeni prezidenti ötən ilin 22 dekabrında da peyvənd edilib. Peyvənd proseduru Delaver ştatında, Nyuarkdakı "ChristianaCare" klinikasında baş tutub. ABŞ-ın yeni rəhbərinə həmin gün də "Pfizer" şirkətinin istehsalı olan ilk vaksin 
vurulub.
            


Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər