22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ yenidən Kubanı terrorizmin sponsoru olan ölkələr siyahısına saldı
Tarix: 12-01-2021 01:47 | Bölmə: Dünya

   ABŞ yenidən Kubanı terrorizmin sponsoru olan ölkələr siyahısına saldı



ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyası yenidən Kubanı Vaşinqtonun versiyası üzrə beynəlxalq terrorizmə dəstək verən dövlətlərin siyahısına salıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeonun bəyanatında bildirilir.
“Dövlət Departamenti terrorçulara sığınacaq verərək beynəlxalq terror aktlarına dəfələrlə yardım etdiyinə görə Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etdi", - sənəddə bildirilir.
“Bu hərəkətlə bir daha Kuba hökumətini məsuliyyətli olmağa çağıracağıq və açıq xəbərdarlıq göndərəcəyik: Kuba rejimi terrorizmə verdiyi dəstəyə və Amerika ədalətinə zərbə vurmağa son qoymalıdır", - Maykl Pompeonun bəyanatında qeyd edilir.



Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər