22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Ərdoğan Türkiyədə kütləvi peyvəndin başlayacağı vaxtı AÇIQLADI
Tarix: 12-01-2021 01:38 | Bölmə: Dünya

                 Ərdoğan Türkiyədə kütləvi peyvəndin başlayacağı vaxtı AÇIQLADI

Türkiyədə yeni koronavirusdan peyvənd prosesi bu həftənin sonunda başlanacaq.
Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasının nəticəsinə görə keçirilən brifinqdə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
"COVID-19-a qarşı peyvənd prosesinə müəyyən edilmiş qaydaya uyğun olaraq cümə axşamı və ya cümə günü başlayacaqlar", - dövlət başçısı deyib.
Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, hakimiyyət ölkədə virusa yoluxma sayının azalması ilə əlaqədar COVID-19-un yayılmasına mübarizə üzrə tədbirlər çərçivəsində tətbiq edilmiş məhdudiyyətləri tədricən yumşaldacaq.


Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər