Bütün xəbərlər
Çeçenistanda Ramzan Kadırovun adına məscid tikildi
Tarix: 11-01-2021 13:10 | Bölmə: Dünya

                  Çeçenistanda Ramzan Kadırovun adına məscidtikildi


Rusiya Federasiyasının Çeçenistan Respublikasında Ramzan Kadırovun adına məscid tikilib.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, məscid Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşir. Məscidin adı Çeçenistanın başçısı Ramzan Kadırovun şərəfinə Ramzan Məscidi olacaq. Məscidin şəraitinin 2 000 nəfərin eyni vaxtda ibadət etməsinə imkan verdiyi bildirilir. Tikintiyə nə qədər vəsaitin sərf olunduğu açıqlanmayıb.
Həmçinin Çeçenistanın Şali şəhərində tikilən başqa bir məscidə də Ramzan Kadırovun adının verilməsi təklif olunub. Kadırov isə bundan imtina etdiyini və məscidin İslam peyğəmbəri Məhəmmədin adını daşımasını istəyib.


Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər