Bütün xəbərlər
Qırğızıstanda prezident seçkilərində Japarov qalib gəlir
Tarix: 10-01-2021 21:13 | Bölmə: Dünya

                  Qırğızıstanda prezident seçkilərində Japarov qalib gəlir


Qırğızıstan prezidenti vəzifəsini icra edən Sadır Japarov ölkədə keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Bildirilir ki, seçki məntəqələrinin 90,06 faizinin səslərinin hesablanmasından sonra S.Japarov 79,15 faiz səslə liderdir.
Onun rəqibi Adaxan Madumarov isə 6,56 faiz səs toplayıb.


Baxış sayı: 537


Bölməyə aid digər xəbərlər