Bütün xəbərlər
Putin İlham Əliyev və Paşinyanla görüşdən əvvəl müşavirə keçirdi
Tarix: 10-01-2021 18:49 | Bölmə: Dünya

                  Putin İlham Əliyev və Paşinyanla görüşdən əvvəl müşavirə keçirdi


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev  və Ermənistanın baş naziri Nikol Paşinyanla yanvarın 11-də baş tutacaq Moskva görüşü ərəfəsində iclas keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.
İclasda Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Müzakirələrdə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.
Qeyd edək ki, sabah Moskvada Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olacaq.


Baxış sayı: 518


Bölməyə aid digər xəbərlər