Bütün xəbərlər
Ərdoğan ABŞ-dakı iğtişaşlardan danışdı
Tarix: 09-01-2021 17:14 | Bölmə: Dünya

   Ərdoğan ABŞ-dakı iğtişaşlardan danışdı



“Biz bu filmi 18 ildir yüzlər dəfə seyr etmişik. Bu çirkli senarinin aktorlarının belə hadisələrə qəyyumluğunu gördük”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 6-da ABŞ-da Konqres binasına hücumu dəyərləndirərkən deyib.
“Onların əməllərini Cümhuriyyət mitinqlərində çevriliş çağırışı edərkən gördük. Hamımızın ürəyini dağlayan cinayətlərdən öz məqsədləri üçün istifadə edərkən bunun şahidi olduq. Gəzi hadisələrində (2013-cü ilin mayında İstanbuldakı aksiyaları nəzərdə tutur - red) sahibkarların mal-mülkünü dağıdarkən onları gördük”, - Türkiyə prezidenti vurğulayıb.
O, Türkiyədə son illər edilən hakimiyyət çevrilişi cəhdlərinə də işarə edib:
“Bizdə onlar 2015-ci il iyulun 15-də çevrilişə cəhd edib, tankların arasından qaçaraq evdə televiziya vasitəsi ilə nəticəni gözləməyə gedərkən gördük. Son illər Avropa və ABŞ-da baş verən bir çox hadisələr ölkəmizə qarşı sərgilənən ikili standart təkrar olaraq gün üzünə çıxıb. Türkiyəni hüquq və azadlıqları məhdudlaşdırmaqda günahlandıranların üzləşdikləri ilk təhdidlərə qarşı tətbiq etdikləri sərt tədbirlər ibrətlə təqib edirik".


Baxış sayı: 363


Bölməyə aid digər xəbərlər