Bütün xəbərlər
Baydendən Trampın onun andiçməsinə qatılmayacağı xəbərinə - Reaksiya
Tarix: 09-01-2021 13:08 | Bölmə: Dünya

                    Baydendən Trampın onun andiçməsinə qatılmayacağı xəbərinə


ABŞ-ın seçilmiş Prezidenti Co Bayden öz inauqurasiya mərasimində hazırkı Prezident Donald Trampı yox, vitse-prezident Mayk Pensi görməyə şad olacaq.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə siyasətçi özü bildirib.
Bayden jurnalistlərə açıqlamasında Trampın onun inauqurasiyasına gəlməməsinə “bu, yaxşıdır”, - deyib.  
“Biz vitse-prezident Maykı salamlamağa şad olacağıq, bu bizim üçün şərəf olacaq”, - Bayden bildirib. 
Daha əvvəl Tramp Baydenin inauqurasiyasına qatılmayacağını, Pensin nümayəndəsi isə vitse-prezidentin ora dəvət olunmadığını bildirmişdi.
Baydenin inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.


Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər