Bütün xəbərlər
Koronavirus peyvəndi üçün Türkiyənin üç mənbəyi var - Ərdoğan
Tarix: 09-01-2021 00:33 | Bölmə: Dünya

                  Koronavirus peyvəndi üçün Türkiyənin üç mənbəyi var -Ərdoğan


"COVID-19 peyvəndi üçün Türkiyənin üç mənbəyi var. Bunlar Çin, Almaniya və yerli istehsal peyvəndlərdir. Hazırda Çindən ilk partiya olaraq üç milyon doza peyvənd gətirilib. Bu rəqəm 50 milyona qədər çatacaq. Bir o qədər doza peyvənd Almaniyadan gətiriləcək”.
Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Hazırda Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən peyvəndlərlə bağlı müəyyən bir cədvəl çərçivəsində işlərin aparıldığını deyən prezident burada əsas məsələnin əhalinin sağlamlığı olduğunu vurğulayıb.
"Türkiyə səhiyyə baxımından hər bir imkana malikdir, lakin buna baxmayaraq, həkimlər arasında da virusa yoluxma səbəbindən vəfat edənlər var", - deyə Ərdoğan qeyd edib.


Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər