Bütün xəbərlər
Pelosi Trampın vəzifəsindən uzaqlaşdırılmasını tələb edir
Tarix: 08-01-2021 02:22 | Bölmə: Dünya

                   Pelosi Trampın vəzifəsindən uzaqlaşdırılmasını tələb edir


“Donald Tramp xalqı üsyana təhrik edərək cinayət törətmiş oldu. O, çox təhlükəli adamdır və vəzifəsində qalmamalıdır. Vitse- prezident Pens Trampı istefaya göndərməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nansi Pelosi baş verən hadisələr fonunda bildirib.
Pelosi Donald Trampın dünənki hadisələrdən məsul olduğunu qeyd edib və  prezidentin vəzifəsini yerinə yetirmək iqtidarında olmadığı təqdirdə vitse-prezidentin onu əvəzləyəcəyini nəzərdə tutan ABŞ Konstitusiyasına 25-ci düzəlişi xatırladıb.
O, "Mən vitse-prezident Pensi 25-ci maddənin müddəalarından istifadə edərək Trampı istefaya göndərməyə çağrırıam" deyib.
"Nazirlər Kabineti və vitse-prezident lazım olanı etməzsə, Konqres impiçment prosesini həyata keçirməyə hazır olmalıdır", - Pelosi əlavə edib


Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər