22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Vaşinqtonda komendant saatı elan olundu, Pens Konqresdən çıxarıldı
Tarix: 07-01-2021 01:47 | Bölmə: Dünya

                  Vaşinqtonda komendant saatı elan olundu, Pens Konqresdən çıxarıldı


Vaşinqtonda Prezident Donald Trampın tərəfdarlarının etiraz aksiyaları və şəhər mərkəzində baş vermiş iğtişaşlar səbəbindən komendant saatı elan olunub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ vaxtı ilə 6 yanvar saat 18:00-dan 7 yanvar saat 06:00-dək yalnız xüsusi icazəsi olanlar və fövqəladə xidmət əməkdaşları küçəyə çıxa biləcəklər.
Etirazçıların Konqres binasına daxil olmasından sonra vitse-prezident Mayk Pens və Konqresin üzvləri noyabr seçkilərinin nəticələrinin təsdiqlənəcəyi iclası tamamlamadan Kapitoliyadan çıxarılıblar. Onlara gözyaşardıcı qazdan qorunmaq üçün əleyhqazlar paylanılıb.
Vaşinqton meri Myuriel Bouzerlə Nümayəndələr palatasının spikeri Nensi Pelosi isə Kapitoliyaya Milli Qvardiya bölmələrinin göndərilməsini istəyib.
Donald Tramp Tvitter səhifəsində tərəfdarlarına müraciət edərək onları dinc davranmağa çağırıb:
“Xahiş edirəm Kapitoliya polisinə və hüquq-mühafizə orqanlarına dəstək olun. Onlar həqiqətən ölkəmizin tərəfindədirlər”.







Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər