22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Maduronun hüquq-mühafizə orqanları parlament sədrinin evini mühasirəyə aldı
Tarix: 05-01-2021 20:20 | Bölmə: Dünya

                    Maduronun hüquq-mühafizə orqanları parlament sədrinin evinimühasirəyə aldı



Venesuelada siyasi gərginlik davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduroya sadiq olan hüquq-mühafizə orqanları parlamentin spikeri olan müxalifət lideri, həmçinin Qərb ölkələri tərəfindən legitim hakimiyyətin başçısı kimi tanınan Xuan Quaydonun evini mühasirəyə alıblar. Bu barədə Quaydonun mətbuat xidməti məlumat yayıb.
"Diktatorun buyruqçuları Venesuela prezidenti Xuan Quaydonun iqamətgahını mühasirəyə alıb", - deyə bildirilib. Həmçinin Xuan Quaydonun başına bir şey gələrsə, məsuliyyətin Maduronun üzərində olacağı bəyan edilib.




Baxış sayı: 369


Bölməyə aid digər xəbərlər