22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İranın hazırladığı peyvəndin testinin ikinci mərhələsinə başlanıldı
Tarix: 05-01-2021 01:47 | Bölmə: Dünya

                       İranın hazırladığı peyvəndin testinin ikinci mərhələsinə başlanıldı


"İranın koronavirusa qarşı hazırladığı peyvəndin insan üzərində testinin ikinci mərhələsi üçün lisenziya dünən gecə verilib və bu mərhələ bu gündən başlayacaq." 
Unikal.org-un məlumatına görə, bunu Tehran Tibb Elmləri Universitetinin Klinik Tədqiqat Mərkəzinin direktoru Hamid Hüseyni ölkə mətbuatına açıqlamasında deyib.
O İran peyvəndinin bu həftənin sonunadək 4 könüllüyə vurulacağını bildirib.  Həmçinin H.Hüseyni əlavə edib ki, ikinci mərhələnin nəticələri gələn həftənin əvvəlində monitorinq komitəsinə bildiriləcək.
Tehran Tibb Elmləri Universitetinin Klinik Tədqiqat Mərkəzinin direktoru sınağın ilk mərhələsində peyvənd olan könüllülərin ümumi sağlamlıq durumundan danışarkən onların vəziyyətinin yaxşı olduğunu və hər şey öz qaydasında olduğunu vurğulayıb. 
"İran peyvəndinin klinik sınaqlarının ilk fazasının iki ay sürəcək və  bu mərhələdə 56 könüllü iştirak edir. Həmçinin peyvənd hər könüllüyə iki dəfə və 14 gün fasilə ilə vurulacaq".
Qeyd edək ki, iranlı mütəxəssislərin koronavirusa qarşı hazırladığı "Covİran Bərəkət" adlı vaksinin klinik sınaqlarının ilk fazası dekabrın 29-da başlayıb. 



Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər